Gürcüstan parlamenti prezidentin “Xarici agentlər” qanununa vetosunu dəf etdikdən sonra Salome Zurabişvili bu təşəbbüsə qarşı çıxan etirazçıları referenduma hazırlaşmağa çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
"Biz real referendum hazırlamalıyıq. Bu gün sizdə olan bu enerjini imza toplayıb mənə verməyə sərf etmək lazımdır. Mən referendumla bağlı sərəncam imzalayacağam...", - Zurabişvili etirazçılara müraciətində bildirib.
Gürcüstanın “Referendum haqqında” qanununa əsasən, referendum respublikanın bütün ərazisində keçirilir, hökumət, parlament və ya azı 200 min vətəndaş tələb edərsə, prezidentin onun keçirilməsini elan etmək hüququ var. Prezidentin referendumun keçirilməsi ilə bağlı sərəncamı baş nazirin imzasını tələb edir.
Ağarza Elçinoğlu