"Hər gün sülh müqaviləsini imzalamaq üçün gözəl fürsətdir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin Daimi Komitələrinin birgə iclasından sonra jurnalistlərə deyib.
"Problem ondadır ki, sülh müqaviləsinin mətni üzrə razılaşmalar əldə edilməlidir. Ümid edirəm ki, razılaşmalar əldə olunacaq, daha doğrusu, o razılaşmalar 2022-ci il oktyabrın 6-da Praqada, daha sonra Soçidə, Brüsseldə əldə olunub. Əsas prinsiplər razılaşdırılıb, onları sülh müqaviləsinin mətnində təkrarlamaq qalır. Düşünürəm ki, bir günə o işi bitirmək şansımız var.
Deyə bilərəm ki, indi atmosferdə ciddi dəyişiklik var, lakin bu, hələ ki, finişə çatdığımız anlamına gəlmir, imza atmaq qalır", - deyə Paşinyan qeyd edib.
Ağarza Elçinoğlu