Ordu Ermənistan Respublikasına bütün digər dövlət qurumları kimi müharibə aləti kimi deyil, sülh vasitəsi kimi lazımdır.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin Daimi Komitələrinin birgə iclasından sonra jurnalistlərə deyib.
O, ordu haqqında təsəvvürün dəyişməsinin vacibliyini qeyd edib.
Paşinyan həmçinin bildirib ki, hökumət bəzi dəyərlərə düzgün münasibət bəsləməməkdə ittiham olunur: "Hesab edirəm ki, bu, heç də reallığı ifadə etmir".
Ağarza Elçinoğlu