Rusiyada həbsdə olan tanınmış bloger və “Arzular Marafonu”nun müəllifi Yelena Blinovskayanın əri Donetskdə xidmət etdiyi hərbi hissədən qaçıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Blinovskinin hazırda harada olduğu heç kimə məlum deyil.
O, 2024-cü ilin mart-aprel aylarında Donetsk Xalq Respublikasında (DXR) hərbi hissədə xidmət edib. Sahibkar bu yolla həm biznesi iflasdan xilas etmək, həm də peşəkar nüfuzunu yüksəltmək istəyib.
Qeyd edək ki, bloger və əri vergidən yayınmaqda ittiham olunurlar.
Seymur Əli