İsti dalğaların təsirini davam etdirdiyi Hindistanın paytaxtı Yeni Dehlidə bütün zamanların ən yüksək temperaturu 49,9 dərəcə ilə qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan Meteorologiya İdarəsi (IMD) açıqlama yayıb.
Açıqlamada ölkənin bəzi digər şəhərlərində temperaturun 49 dərəcəni keçdiyi, Racastan əyalətinin Çuru bölgəsində isə temperaturun 50,5 dərəcəyə çatdığı bildirilib.
Bildirilib ki, ölkənin şimal-qərb və mərkəzi əyalətlərində hiss olunan həddindən artıq istilərin təsirinin mayın 30-dan sonra tədricən azalacağı gözlənilir.