Ermənistanın Vayots Dzor bölgəsində ağır avtomobil qəzası baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

İrəvan-Meğri yolunun 92-ci kilometrliyindəki Yelpinə kənd inzibati ərazisində "Toyota" və "Opel" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. 

"Toyota"nın sürücüsü Vaik merinin müavini Hayk Avaqyandır.

Ağarza Elçinoğlu