Minsk platforması Ukraynadakı münaqişənin nizamlanması üçün danışıqlara açıqdır.
"Unikal" xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.
"Biz münaqişənin səbəblərini mürəkkəb və əhatəli hesab edirik. Biz dəqiq bilirik ki, bütün bu vəziyyət bundan birbaşa dividend alanlar tərəfindən təhrik edilib, indi də kənardan şişirdilir. Nəticədə minlərlə insan, o cümlədən dinc sakinlər həlak olur. Milyonlarla insan qaçqın vəziyyətinə düşüb", - diplomat vurğulayıb.
O, əmin edib ki, Minskin mövqeyi əvvəldən dəyişməzdir: "İnsan tələfatını dayandırmalı və danışıqlara başlamalıyıq. Biz də öz tərəfimizdən bu məsələdə kömək etməyə hazırıq. Minsk platforması danışıqlar üçün açıqdır".
Ağarza Elçinoğlu