Rusiyanın Buryatiya Respublikasının Muiski rayonunda meşə yanğınları davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Buryatiyanın Meşə Təsərrüfatı Agentliyi (RALH) açıqlayıb.
Bildirilib ki, yanğınların sahəsi 14 min hektarı ötüb: "Dünən 30 mütəxəssis göndərilib. Bu gün daha 40 nəfər göndəriləcək, yanğının yaşayış məskənlərinə keçməsi təhlükəsi aradan qaldırılıb".
Ümumilikdə, son 24 saat ərzində Barquzinski, Bauntovski, Kurumkanski və Muiski rayonlarında 6 yanğın hadisəsi qeydə alınıb. Yanğının ümumi sahəsi 16 min hektardır. Ərazidə 278 yanğınsöndürən işləyir, 54 ədəd texnika cəlb olunub.
Ağarza Elçinoğlu