"Yunanıstan Türkiyənin reaksiyasına baxmayaraq, Egey dənizində dəniz parkı yaratmaq planından əl çəkmir".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis jurnalistlərə açıqlamasında deyib.
O, Yunanıstanın Ankara-Afina xəttində mübahisəyə səbəb olan İon və Egey dənizlərində dəniz parkı yaratmaq planı ilə bağlı fikrinin dəyişmədiyini bildirib.
Baş nazir yerli telekanala verdiyi müsahibədə, "Biz bu dəniz parklarını öz ərazi sularımızda yaradırıq. Bu mövzuda mənasız müzakirələr gedir. Planın Türkiyəyə aidiyyəti yoxdur. Türkiyə öz ərazisində öz parklarını yaratmaq istəsə, bunun da mənə heç bir aidiyyatı yoxdur”,- deyə bildirib.
Zərifə Nağıyeva