Təxminin 800 ildir yatmış olan İslandiyadakı vulkan yenidən püskürüb.
"Unikal" xəbər verir ki, səlahiyyətlilər, paytaxt Reykyavikin cənubundakı ərazidə yeraltı maqmanın yığıldığını göstərən araşdırmalara görə yeni vulkanik fəaliyyət riski barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, sözügedən partlayış, təxminən 30 min əhalisi olan yarımadada təxminən 800 il fəaliyyətsiz olan geoloji sistemlərin yenidən aktivləşdiyi 2021-ci ildən bəri baş verən səkkizinci partlayışdır.
Zərifə Nağıyeva