Ermənistanda sel fəlakəti yaşanan Lori və Tavuş marzlarına 6 əməliyyat qrupu, 456 xilasedici cəlb edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Daxili İşlər Nazirliyi bildirib.
"Xilasedicilər və digər cəlb olunmuş qüvvələr tərəfindən Lori və Tavuş marzlarında müxtəlif yaşayış məntəqələrindən 443 nəfər, yəni Lori marzda 401, Tavuşda 42 nəfər təxliyyə edilib.
Təbii fəlakət nəticəsində 4 nəfər həlak olub. Tavuş vilayətində Debed, Ağstev, Dzoraget və Taşir çaylarının daşması nəticəsində Lori və Tavuş rayonlarının bir sıra yaşayış məntəqələrinə ziyan dəyib.
Lori və Tavuş marzalarında təbii fəlakətdən zərər çəkmiş yaşayış məntəqələrinin tədqiqi, dəymiş ziyanın qiymətləndirilməsi və zirzəmilərdən suların axıdılması, ərzaq və ilkin tələbat mallarının təxliyəsi və paylanması istiqamətində işlər aparılır", - məlumatda deyilir.
Ağarza Elçinoğlu