ABŞ-nin keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İlon Maskı özünə müşavir təyin edəcək.
"Unikal" xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Onların fikrincə, bu təklif hələ tam hazırlanmayıb, lakin Tramp və Mask belə bir ehtimalı müzakirə ediblər.
Bu qərar Maskın sərhəd təhlükəsizliyi və iqtisadiyyatla bağlı siyasətə təsirini təmin edəcək. Nəşr qeyd edir ki, Mask son vaxtlar bu mövzularda çıxış etməkdə fəallaşıb. Tramp seçkilərdə qalib gələ bilsə, milyarderin “daha aktiv olmağa” cəlb etməyin yolunu tapmaq istəyir.