Ənsar Allah qiyamçı hərəkatının husiləri Yəmən səmasında Amerikaya məxsus MQ-9 Reaper pilotsuz təyyarəsini vurublar.
“Unikal” xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.
"Yəmən Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri çərşənbə günü səhər tezdən Marib əyaləti üzərində səmada düşmən tapşırığı yerinə yetirərkən Amerikaya məxsus MQ-9 pilotsuz təyyarəsini vurmağa müvəffəq olub", - Ənsar Allah sözçüsü husilərə məxsus Al Masirah telekanalında bildirb.
Onun sözlərinə görə, üsyançılar PUA-nı yerli istehsal olan zenit-raket kompleksindən istifadə edərək məhv ediblər. Hərəkat nümayəndəsinin sözlərinə görə, bu, 2023-cü ilin oktyabrında Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsinin ardınca regionda eskalasiya başlayandan bəri husilər tərəfindən vurulan altıncı Amerika pilotsuz təyyarəsidir.