Braziliya prezidenti Luis İnasiu Lula da Silva Qəzza müharibəsi ilə bağlı aylardır davam edən gərginlikdən sonra İsraildəki səfirini geri çağırıb.
"Unikal" xəbər verir ki, bu qərar Braziliyanın rəsmi qəzetində elan edilib.
İsrail məsələyə münasibət bildirməyib.
Lula İsrailin Qəzzaya hücumunu Holokostla müqayisə edərək tənid edib. Bu, İsrailin xarici işlər naziri İsrael Katzın Braziliya səfirini ictimai qınaq üçün Yerusəlimdəki Milli Holokost Muzeyinə çağırmasına səbəb olub. Lula daha sonra Braziliya səfiri Frederiko Meyeri geri çağırıb.