Dağıstanda yeddi yaşlı uşaq oynayan zaman beş yaşlı qardaşını pnevmatik tüfənglə vurub.

"Unikal" TASS-a istinadən xəbər verir ki, uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə Noqay rayonunda baş verib. 

Faktla bağlı cinayət işi açılıb.