"Rusiyaya qarşı sanksiyalar səmərəsiz olub".
"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" məlumat Dubayın əsas ticarət mərkəzinin sədri və Dubay Ticarət Palatasının prezidenti Həməd Buamimə istinadən məlumat yayıb.
"Anti-Rusiya sanksiyaları Qərbdən kənarda işləmir, yalnız bütün dünya üçün ticarət çətinlikləri yaradır. Bir ölkənin məhdudiyyətləri iqtisadiyyatı dayandıra bilməz, onlar yalnız prosesləri ləngidir və biznesi sadəcə olaraq istiqaməti dəyişməyə məcbur edir. Ticarət axmağa davam edir, sadəcə olaraq fərqli şəkildə axır. Biz sanksiyaları hər hansı təsir göstərmək üçün əla vasitə kimi görmürük”, - Buamim bildirib.