Amerika lideri Co Bayden vitse-prezident Kamala Harrislə bağlı sualdan yayınıb.
"Unikal" xəbər verir ki, Amerika lideri jurnalistin ABŞ-nin ən yüksək hökumət postuna yenidən seçiləcəyi təqdirdə "bu vəzifəni bütün müddət ərzində tutacaqsınız, yoxsa səlahiyyətləri vitse-prezident Kamala Harrisə ötürəcəksinizmi" sualına birmənalı cavab verməyib.
Bayden sualı ünvanlayan jurnalistə "Sən yaxşısan?" deyə zarafatla cavab verib.