Meksikanın Koyuka de Benitez şəhərinin merliyinə “Meksika üçün Güc və Ürək” alyansından namizəd Xose Alfredo Kabrera Barrientos yekun seçki mitinqində güllələnib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə siyasətçinin basketbol meydançasında tərəfdarları ilə birlikdə çıxış edərkən baş verib. Məlumata görə, bir anda onun arxasında naməlum şəxs peyda olub, tapançanı çıxarıb və namizədin başının arxasına bir neçə atəş açıb.
Şübhəli şəxs ərazidən qaçıb. Hadisə ilə bağlı şəhər polisi araşdırmalara başlayıb.
Gülayə Mecid