"Moskva Ukrayna Silahlı Qüvvələrinə Amerika F-16 qırıcılarının tədarükünü NATO-nun nüvə sahəsində Rusiyaya siqnalı kimi qiymətləndirəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RİA Novosti" ilə söhbətində deyib.
“Biz Kiyev rejiminə bu sistemlərin verilməsini NATO-nun nüvə sahəsində məqsədyönlü siqnal hərəkəti hesab etməyə bilmərik”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Amerika F-16 təyyarələri uzun müddət Şimali Atlantika Alyansının nüvə missiyaları çərçivəsində əsas çatdırılma vasitəsi olub. Lavrovun qeyd etdiyi kimi, bu qırıcıları Ukraynaya tədarük etməklə Rusiya aydın göstərməyə çalışır ki, NATO və ABŞ Ukrayna münaqişəsi çərçivəsində “hər şeyə hazırdır”.
O, F-16-ların Qərbin Kiyevə ötürdüyü digər silah növləri kimi Rusiya ordusu tərəfindən məhv ediləcəyini vurğulayıb.
Gülayə Mecid