ABŞ helikopterlə qəzaya uğrayan İran prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunmuş BMT mərasimini boykot edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, 193 üzvdən ibarət BMT Baş Assambleyası ənənəvi olaraq vəfat edən istənilən dünya liderini yad etmək üçün toplanır.
ABŞ bu mərasimə məhəl qoymamaq niyyətindədir. Adının açıqlanmasını istəməyən yüksək rütbəli ABŞ rəsmisi agentliyə bildirib ki, Birləşmiş Ştatlar tədbirdə “heç bir keyfiyyətdə” iştirak etməyəcək.
Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.
Prezidentin səlahiyyətləri 50 gün müddətinə birinci müavin Mohamed Moxberə verilib. Ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək.
Təyyarədə xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bir sıra digər İran rəsmiləri də həlak olub.
Gülayə Mecid