Moskva Ukrayna üzrə danışıqlara açıqdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
"Biz dəfələrlə, o cümlədən ən yüksək səviyyədə demişik ki, Rusiya danışıqlara açıqdır. Ancaq aydın şəkildə başa düşmək lazımdır ki, söhbət barışıqdan deyil, sülhdən gedir. Düşmənə fasilə vermənin mənası yoxdur, o, yenidən qruplaşmaq və yenidən silahlandırmaq üçün istifadə edəcək", - deyə XİN rəhbəri qeyd edib.
Ağarza Elçinoğlu