Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə bildirib.
Qeyd olunub ki, Rusiya prezidenti Vladimir Putinin KXDR və Vyetnama səfərlərinə hazırlıq qabaqcıl mərhələdədir.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin KXDR-ə rəsmi səfərə dəvət olunub və belə bir səfər hazırlanır.
Ağarza Elçinoğlu