"Baş nazirin müavini Mher Qriqoryan Rusiya Dəmir Yolları Şirkəti ilə əlaqə saxlayıb və rusiyalı tərəfdaşlar dəmir yolunun ən qısa zamanda bərpa olunacağına əmin ediblər".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 30-da hökumətin iclasında deyib.
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, Ayrım stansiyasından Alaverdiyə qədər olan dəmir yolunun bərpası xeyli vaxt aparacaq: "Yükün Ayrım stansiyasına daşınması üçün çarə tapmışıq, ona bitişik ərazidə çoxdan işləməyən körpü var, dəmir yolu körpüsüdür, onu transformasiya edirik ki, yük maşınları keçə bilsin. Yaxın 2-3 günə bitirəcəyik. Biz bu sxem üzrə razılaşdıq.
Gürcüstanda da dəmir yolu zədələnib. Gürcüstanın baş nazirinin müavini ilə danışdım, dəmir yolu çərşənbə axşamına qədər işləyəcək".
Nazirin sözlərinə görə, hazırda Alaverdi şəhərində 250-yə yaxın könüllü çalışır.
Ağarza Elçinoğlu