Amsterdamın Schiphol hava limanında bir nəfər yola düşən sərnişin təyyarəsinin mühərrikinə düşərək ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb. 

Hollandiyanın KLM aviaşirkətinin təyyarəsi Danimarkanın Billund şəhərinə yola düşmək istəyən zaman qəza baş verib: "Bu gün Scipholda ölümlə nəticələnən insident baş verib, hadisə zamanı bir nəfər təyyarənin mühərrikində qalıb. Təəssüf ki, o, dünyasını dəyişdi". 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu