Çin münaqişənin həlli üçün Ukrayna və Rusiyanın iştirakı ilə konfrans keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
"Biz hər kəsin bərabər əsasda iştirak edəcəyi həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq konfransı təşviq edir və dəstəkləyirik", - deyə rəsmi qeyd edib. B
Bildirək ki, iyunun 15-16-da İsveçrədə Ukrayna münaqişəsinin həlli yollarının müzakirə olunacağı “sülh sammiti” keçiriləcək. Ümumilikdə 160 ölkədən nümayəndələr iştirak etmək üçün dəvət olunub. Ukrayna lideri Volodimir Zelenskinin sözlərinə görə, onlardan 90-ı indiyədək iştirakını təsdiqləyib. Rusiya və Çin konfransda iştirak etməyəcək. Bundan əlavə, Amerika prezidentinin sammitdə iştirak etməyəcəyi ehtimalı yüksəkdir.
Gülayə Mecid