Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin bu gün vəzifəsindən istefa verən qubernatoru Natalya Komarova məhkəmə qarşısına çıxacaq.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

O, Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə inzibati iş üzrə mühakimə olunacaq. 

Komarovanı 200 min rubla qədər cərimə gözləyir.

***12:54

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatoru Natalya Komarova istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə o, rəsmi "Telegram" kanalında açıqlayıb. 

O, regionun rəhbəri kimi siyasi karyerasını başa vurduğunu açıqlayıb. Qubernator bunu başqa vəzifəyə keçməsi ilə əlaqələndirib. 

Komarova 14 il idi ki, bu vəzifədə çalışırdı. 

Ağarza Elçinoğlu