Lori rayonunun Təşir və Pəmbək icmalarının müxtəlif yaşayış məntəqələrində, Alaverdi icmasında, Tavuş rayonunun Dilican, İcevan və Noyemberyan icmalarının müxtəlif yaşayış məntəqələrində daşqınlar nəticəsində xeyli dağıntılar var.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hökumətin iclasında deyib.
O, fövqəladə halların idarə edilməsi üzrə operativ qərargahın işini yekunlaşdırarkən bildirib: "Xüsusən də ən böyük dağıntı Alaverdinin Sənahin rayonunda müşahidə olunub. Karkop qəsəbəsi ən çox zədələnmiş yaşayış məntəqəsidir. Bütün qəsəbəni su basıb, ərazi boşaldılıb. Yalnız dünən orada işləmək artıq mümkün idi. Dünən 30-a yaxın xilasedici işləyirdisə, bu gün 100-ə yaxın xilasedici işləyir".
Ağarza Elçinoğlu