Rusiyanın Mineralnıye Vodı bölgəsində sərnişin təyyarəsi məcburi eniş edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

"Sankt-Peterburqdan Soçiyə uçan Airbus təyyarəsində yanacaq sızması baş verib. Hazırda təyyarə mütəxəssislər tərəfindən yoxlanılır", - deyə məlumatda bildirilib.

Hadisə ilə bağlı digər heç bir məlumat verilmir.

Ağarza Elçinoğlu