Ermənistan hökuməti Geqarkunik Marzdakı bəzi müdafiə mövqelərinin Azərbaycana təhvil verilməsi vədi ilə bağlı məlumatları təkzib edir.
"Unikal" xəbər verir ki, bu barədə hökumət erməni KİV-ə açıqlayıb.
"Bu gün KİV-də Geqarkunik bölgəsində bəzi müdafiə mövqelərinin təhvil verilməsi vəd edilməsi barədə yayılan məlumat tamamilə yalan məlumatdır", - məlumatda deyilir.
Xatırladaq ki, bundan əvvəl Ermənistan mətbuatında Geqarkunik bölgəsində tədqiqatçıların olması barədə məlumatlar yayılıb. Bildiirlib ki, bu ərazilərdən Azərbaycana 12 müdafiə mövqeyinin təhvil veriləcəyi vəd edilib.
Ağarza Elçinoğlu