Əfqanıstan, Türkiyə, Hindistan, Şri-Lanka, Azərbaycan, İraq və Ermənistan da daxil olmaqla bir sıra məhkum edilmiş xarici ölkə vətəndaşları məhkəmə-hüquqi razılaşmalar çərçivəsində öz ölkələrinə qaytarılıb.
"Unikal" xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini və məhkumların təhvil verilməsi komitəsinin rəhbəri Əsgər Cəlalian deyib.
O, 29 ölkə ilə məhkumların təhvil verilməsinə dair razılaşma və anlaşma memorandumlarının bağlanmasına toxunaraq deyib: "Bu müqavilələrin bəziləri qanuna çevrilib, bəziləri isə qanuna çevrilmək yolundadır. Bu mövzuda qanunvericilik prosesinin sürətləndiriləcəyini ümid edirik".
Cəlalian son ildə 143 iranlı məhbusun ölkəyə, 291 əcnəbi məhbusun isə ölkələrinə qaytarıldığını açıqlayıb.
Ağarza Elçinoğlu