"Ermənistanda baş verən hadisələr artıq hətta əvvəllər bəzi illüziyalara qapılanlara da aydındır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin "Telegram" kanalında yazıb.
"Bu gün Ermənistanda Paşinyanın hakimiyyəti iki şeyə əsaslanır: çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bağlı olan repressiya və onların erməni xalqına aşılamağa çalışdığı "Əgər Paşinyan yoxdursa, müharibə olacaq" qorxusu", - Zatulin qeyd edib.
Ağarza Elçinoğlu