"Rusiya daşqından zərər çəkmiş ərazilərin bərpasında Ermənistana kömək etməyə hazırdır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Diplomat Moskvanın müsbət cavab gördüyünü bütün təkliflərin aktual olduğunu açıqlayıb: "Və müttəfiqlər olaraq biz həmişə İrəvanın ehtiyaclarına əsaslanaraq əl uzatmağa hazırıq".
Zaxarova Rusiya-Ermənistan Humanitar Mərkəzinin olduğunu xatırladıb.
O qeyd edib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi 102-ci bazanın qüvvə və vasitələri ilə köməklik göstərməyə hazır olduğunu bildirib. Ermənistanda fəaliyyət göstərən bir sıra Rusiya şirkətləri də yardımın, xüsusən də İrəvan-Tbilisi marşrutu üzrə xidmət göstərən “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin istifadə edilməsi məsələsini müzakirə edirlər.
Ağarza Elçinoğlu