Qəzzanın şimalında Cibaliya bölgəsində fələstinlilərin sığındığı məktəb vurulub.

"Unikal" xəbər verir ki, İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsində məcburi köçkün fələstinlilərin sığındığı məktəbə hava hücumu təşkil edib.

Hadisə şahidləri bildiriblər ki, İsrail ordusu adıçəkilən düşərgənin bəzi hissələrindən geri çəkilib. Ordunun geri çəkilməsindən sonra fələstinlilər düşərgədəki məktəbə sığınıb.

İsrail ordusu isə sözügedən məktəbi pilotsuz uçuş aparatları (PUA) ilə bombalayıb. Hücumda ölən və yaralananların olduğu bildirilsə də, onların sayı dəqiqləşdirilməyib. 

Zərifə Nağıyeva