Rusiya Prezidenti Vladimir Putin dövlət mükafatlarının təqdim edilməsi mərasimi zamanı Federasiya Şurasının sədri Valentina Matviyenkoya Rusiya Federasiyasının Əmək Qəhrəmanı nişanını təqdim edib.

"Unikal" xəbər verir ki, Putin deyib ki, “Vətənə sədaqət, cəmiyyətin və Rusiya vətəndaşlarının xeyrinə işləmək” uzun illər Matviyenko üçün “həyatın mənasını təşkil edib”.

Prezident, həmçinin, Matviyenkonun “təcrübəsinə, biliyinə və təşkilatçılıq istedadına” heyran olduğunu bildirib və qeyd edib ki, Federasiya Şurası sədrinin bu keyfiyyətləri “böyük hörmət doğurur”.

"Onun xidmətlərinin tanınması Əmək Qəhrəmanı adının verilməsini zəruri edirdi", - deyə Putin vurğulayıb.

Nuranə Abbasova