Məşhur amerikalı aktyor Stiven Siqal Rusiya Prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, Putin Rusiya Xarici İşlər Nazirliyinin humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi, amerikalı aktyor Stiven Siqala “Dostluq” ordenini təqdim edib. Mükafatlandırma mərasimi Kremlin Yekaterina zalında baş tutub.