Amerikalı milyarder İlon Mask yenidən seçiləcəyi təqdirdə ABŞ-nin keçmiş prezidenti Donald Trampın müşaviri olacağı iddialarına ümnasibət bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, Trampla bu mövzuda heç bir müzakirə aparmayıb.
“Tramp administrasiyasındakı potensial rolumla bağlı heç bir müzakirə aparılmayıb”, - deyə Mask qeyd edib.