Sui-qəsd nəticəsində güllələnən Slovakiyanın baş naziri Robert Fitsonun müalicəsi Bratislavadakı evində davam edəcək.
"Unikal" xəbər verir ki, bu barədə “Pravda” xəbər portalı məlumat yayıb.
Məlumata görə, vəziyyəti son günlər xeyli yaxşılaşan Fitso helikopterlə Bratislavaya aparılıb. Baş nazirin Bratislavadakı evində mühafizə xeyli gücləndirilib. Hökumət başçısının Banska Bistritsadakı xəstəxanadan evə köçürülməsi onun təkidi ilə həyata keçirilib.