"TikTok" ABŞ auditoriyası üçün yeni tövsiyə alqoritmi yaradır ki, bu da tətbiqin yeni müstəqil ABŞ versiyası ilə nəticələnə bilər.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, 170 milyon istifadəçisi olan Amerika auditoriyası üçün alqoritmin klonu hazırlanır. Bu, proqramın Çinin ByteDance-dən asılı olmayaraq işləyən yeni versiyası ilə nəticələnə bilər və həmçinin sosial şəbəkəni qadağan etməyi planlaşdıran ABŞ qanunvericiləri üçün daha məqbul olacaq.
Mənbələrin sözlərinə görə, alqoritmin ayrılması ABŞ aktivlərinin satışı üçün əsas ola bilər, baxmayaraq ki, şirkətin hazırda belə planları yoxdur.