İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu sosial media hesabından Türkiyə ilə bağlı qalmaqallı paylaşım edib.

"Unikal" xəbər verir ki, Yair Netanyahu "Instagram" hesabında terror təşkilatı PKK-nın "xəyali terror dövləti" xəritəsini paylaşaraq Türkiyəni soyqırım törətməkdə ittiham edib.

Netanyahunun paylaşdığı qalmaqallı xəritədə Türkiyənin demək olar ki, bütün şərq hissəsi yer alıb.

Ötən ilin əvvəlində ABŞ-yə köçən Yair Netanyahu Mayami-Biçdə dəbdəbəli həyat tərzi sürür. 32 yaşlı Netanyahunun  səfərbərlik çərçivəsində olan ölkəsinə dönməməsi İsrail ictimaiyyətinin reaksiyası ilə qarşılanır.

Gülayə Mecid