Ermənistanda 1 ton kokain işi üzrə həbs edilən şəxslər sərbəst buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.
Məlum olub ki, sözügedən şəxslər keçmiş deputatın şirkətinin əməkdaşları olublar: "Cinayət işi üzrə həbs edilənlərin ev dustaqlığı müddəti başa çatıb, qalmaqallı iş üzrə həbs edilənlərin hamısı azadlığa buraxılıb. Bu iş üzrə saxlanılanlar keçmiş deputat Mihran Poqosyana məxsus şirkətin əməkdaşları olub, onlardan biri qadındır".
Ağarza Elçinoğlu