Macarıstan Baş naziri Viktor Orban ABŞ-nin eks-prezidenti Donald Trampı dəstəklədiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Orban "X" hesabında paylaşım edib.
"Mən Prezident Donald Trampı şərəfli bir insan kimi tanıyıram. Prezident kimi o, həmişə Amerikanı ön planda tutub, dünya çapında hörmətə rəvac verib və bu hörmətdən sülhün qurulması üçün istifadə edib. Buraxın, xalq öz hökmünü bu noyabrda versin! Mübarizəni davam etdirin, cənab Prezident!", - o paylaşımında bildirib.
Xatırladaq ki, Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-nin keçmiş lideri Donald Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organization” şirkətinin maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib.