Rusiya Müdafiə Nazirliyinin kadrlar üzrə baş idarəsinin rəisi Yuri Kuznetsovun işi üzrə təqsirləndirilən Lyova Martirosyana məxsus hotellərdən biri, restoran və ərzaq mağazası bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Onun “Drakht” mehmanxanası, ərzaq mağazası və eyniadlı kafesi Qriboyedov küçəsində, Krasnodar ordusu generalı Ştemenko adına Ali Hərbi Məktəbin qarşısında yerləşir.
Krasnodarlı iş adamı xüsusilə külli miqdarda rüşvət verməkdə ittiham olunur.
Xatırladaq ki, Kuznetsov və Martirosyan hazırda həbsdədirlər.
Ağarza Elçinoğlu