Dövlət bankı "Azər Türk Bank" Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə atb Junior kartı ilə ödənişlər üzrə yeni kampaniyaya başlayır.
"Unikal" xəbər verir ki, 1 iyun 2024-cü il tarixindən etibarən ölkə daxilindəki:
- əyləncə mərkəzlərində;
- oyuncaq mağazalarında;
- kitab mağazalarında;
- kinoteatrlarda;
- teatrlarda;
atb Junior kartı ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 10% həcmində cashback hesablanacaqdır.
Kampaniyanın müddəti 7 iyun daxil olmaqla həmin tarixədəkdir.
Hesablanacaq maksimum cashback limiti 200 manat həcmindədir.
Qeyd edək ki, atb Junior kartı 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.
Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.
Bu kart vasitəsilə bankomatda xidmət haqqı tutulmadan 200 AZN-dək nağdlaşdırma etmək olar.
atb Junior kartının sahibi atb360 tətbiqini smartfonuna yükləyə və Google Pay və Apple Pay təmassız ödəniş sistemlərinə qoşula bilirlər.
Xatırladırıq ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanır.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.