Ermənistan bu gün Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir.
"Unikal" xəbər verir ki, bu barədə təşkilatın katibliyinin nümayəndəsi Yuri Şuvalov bildirib.
"Ermənistan KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir, lakin erməni tərəfi bizə məlumat verib ki, məhdud tərkibdə qərarların qəbulunun əleyhinə deyil", - o qeyd edib.
Katibliyin dərc etdiyi fotolarda Ermənistanın heç bir nümayəndəsi yoxdur.
Ağarza Elçinoğlu