Hindistanda isti hava 16 nəfərin həyatına son qoyub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən sıx məskunlaşdığı əyalətlərindən biri olan Biharın Aurangabad şəhərində temperatur 48 dərəcəyə çatıb. Həddindən artıq istilər səbəbindən 2 saat ərzində 16 nəfərin həyatını itirib.
Şəhər xəstəxanasının həkimi bildirib ki, xəstəxanaya yüksək hərarətlə bağlı şikayətlə azı 35 nəfər müraciət edib. Bihar ölkədə davam edən isti dalğasından ən çox təsirlənən əyalətlərdən biri olsa da, məktəblərin və təhsil mərkəzlərinin iyunun 8-dək bağlı qalacağı bildirilib.
Hindistan Meteorologiya İdarəsi yaxın 2 gün ərzində ştatda şiddətli isti dalğası ilə bağlı xəbərdarlıq edib. Hindistanın paytaxtı Yeni Dehlidə həddindən artıq istilər səbəbindən bir nəfər ölüb və bütün zamanların ən yüksək temperaturu 52,9 dərəcə ilə qeydə alınıb.
Gülayə Mecid