Rusiyanın Samara vilayətinin qubernatoru Dmitri Azarov vəzifəsindən istefa verib.
"Unikal" xəbər verir ki, onun video bəyanatı regional hökumətin "Telegram" kanalında paylaşılıb.
"İşin böyük mərhələsi başa çatıb. Altı il əvvəl sizinlə qarşıya qoyduğumuz əsas məqsədlərə nail olundu. Mən qubernator vəzifəmi bitirmək qərarına gəldim", - deyə Azarov qeyd edib.
Xatırladaq ki, mayın 30-da Rusiyanın yeganə qadın qubernatoru, Xantı-Mansisk Muxtar Dairəsinə rəhbərlik edən Natalya Komarova da istefa verib.
Ağarza Elçinoğlu