Narkobaron Pablo Eskobarın qardaşına məxsus və narkotik pulu ilə satın aldığı 1,2 milyon dollar dəyərində iki mülkü müsadirə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb.
"Prokurorluq, Medellin kartelinin mərhum lideri Pablo Emilio Eskobarın qardaşı, "Bear" ləqəbli Roberto de Xesus Eskobara məxsus iki mülkə mülkiyyət hüququnu ləğv etmək məqsədi ilə müsadirə edib", - məlumatda qeyd olunub.
Müsadirə olunan əmlak 4,77 milyard Kolumbiya pesosu (1,2 milyon dollar) dəyərində qiymətləndirilir.
"Prokurorluq əmlakın Pablo Eskobar tərəfindən qanunsuz əldə edilmiş vəsait hesabına ödənildiyini müəyyən edib”, - departament qeyd edib.
Pablo Eskobar XX əsrin ən qəddar cinayətkarlarından biri kimi tarixə düşüb. O, 1993-cü ildə polislə atışmada öldürülüb.
Gülayə Mecid