Rusiya prezidenti Vladimir Putin ilə Qazaxıstan prezidenti Kosım-Jomart Tokayev arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Liderlər dialoq zamanı digər dövlət başçıları ilə son təmasları dəyərləndirib, həmçinin ticarət-iqtisadi, enerji və nəqliyyat-logistika sahələrində ölkələrin qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iyulda Astanada keçirilməsi planlaşdırılan iclasına hazırlıq məsələlərindən də danışılıb.
Ağarza Elçinoğlu