KTMT-nin məsuliyyət zonasında ən gərgin vəziyyət Şərqi Avropa qanadında yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.
Onun sözlərinə görə bu, NATO-nun regionda döyüş potensialının toplanması ilə bağlıdır: "Ən gərgin vəziyyət bu gün Şərqi Avropanın kollektiv təhlükəsizlik regionunda yaradılıb, bu, bütün KTMT üzvlərinə ciddi təsir göstərir. NATO Şərqi və Mərkəzi Avropada mövcudluğunu artırır, döyüş qabiliyyətini artırır və koalisiya silahlı qüvvələrinin sayını artırır",
Belousov həmçinin KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında deyib ki, Şimali Atlantika Alyansının hərbi infrastrukturu təkmilləşdirilir, KTMT ölkələrinin sərhədləri yaxınlığında təlim və döyüş kəşfiyyatı fəaliyyəti gücləndirilir.
Ağarza Elçinoğlu