NATO və Avropa İttifaqının Rusiya ilə qəbul etdikləri qarşıdurma kursu Gürcüstanda və Ermənistan-Azərbaycan münasibətlərində gərginliyin artmasına səbəb olur.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.
O, KTMT-nin Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasında deyib: "Şimali Atlantika Alyansının ayrı-ayrı ölkələri Qafqazda mövqelərini möhkəmləndirməyə, bununla da Xəzər dənizinin resurslarına çıxış əldə etməyə və birbaşa Mərkəzi Asiyaya çıxış əldə etməyə çalışırlar. Aktiv anti-Rusiya aksiyalarının keçirildiyi Gürcüstanda vəziyyət sabitliyi pozulur və etiraz aksiyaları maliyyələşdirilir"
Onun sözlərinə görə, münaqişələrin həlli üçün Qərb vasitəçiliyi həm Ermənistana, həm də Azərbaycana tətbiq edilir: "Sülh sazişinin yalnız Qərb platformalarında və onların istəyi ilə bağlanması təklif olunur. Vaşinqton və Brüsselin təhlükəsizlik və müdafiənin gücləndirilməsi bəhanəsi ilə erməni tərəfdaşlarımızı öz maraqları dairəsinə cəlb etmək planları xüsusi narahatlıq doğurur".
Ağarza Elçinoğlu